SAMSUNG ÇİN VƏ HİNDİSTANDA MÜŞTƏRİ İTİRİR.
11.08.2014 608 0.0 0

Çinli Xiaomi və Hindistan mərkəzli Micromax, bu ilin üçüncü rübündə öz ölkələrindəki ağıllı telefon satışında Samsungu geridə buraxıb. 

Qazeta.info Türkiyə mətbuatına istinadən bildirir ki,Bu il bazara təqdim etdiyi Galaxy S5 model ağıllı telefonla dünya daxilində istəyi satış rəqəminə çata bilməyən Samsung, Çin və Hindistan kimi iki böyük marketdə də müştəri itirməyə davam edir. 
 Araşdırmalara görə Samsungun bu itkisinin başlıca səbəbi bu bölgələrdəki rəqiblərinin Samsunga nisbətlə daha ucuz modellərə sahib olması ilə izah edir.məlumatlara görə Çin mərkəzli Xiaomi, bu dövrdə ölkədə 15 milyon ağıllı telefon sataraq Samsungu geridə buraxbı.Eyni dövrdə Samsung, Çində 13.2 milyon ağıllı telefon sata bilib.

Mütəxəssislər, 700 milyon ağıllı telefon istifadəçisinə sahib olan Çində şirkətin yaşadığı bu zərərin Samsunga   mənfi təsir edə biləcəyi fikirindələr. 
 
Samsung, buna bənzər bir vəziyyətlə Hindistanda da qarşı-qarşıyadır. Aylıq ortalama 20 milyon telefonun satıldığı Hindistanda Samsung, aşağı qiymətlərə ağıllı telefon satan Micromax-dan geridə qalıb.

Lakin bunu da bildirək ki, bu iki şirkət hər nə qədər Samsungu öz ölkələrində sxışdırsalar da qlobal marketdə söz sahibi deyillər. Cənubi Koreya mərkəzli Samsung, bu ilin ikinci rübündə bazarın yüzdə 26-da birinciliyini qoruyub.  


Teqlər:SAMSUNG ÇİN VƏ HİNDİSTANDA MÜŞTƏRİ

Digər xəbərlər:
Şərhlər
avatar