XƏDİCƏ İSMAYIL HƏBS OLUNDU
05.12.2014 1390 0.0 0
“Azadlıq” radiosunun Azərbaycan bölməsinin əməkdaşı Xədicə İsmayılova həbs olunub.

 

Məlumata görə, X. İsmayılova bu gün Bakı şəhər Prokurorluğuna çağırılıb.

 

O, “Azadlıq” radiosunun və “Meydan TV”-nin keçmiş əməkdaşı Tural Mustafayevin intihara cəhd etməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə dindirilib.

 

Prokurorluq X. İsmayılovanın həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Səbail Rayon Məhkəməsinə təqdimat verib.

 

Məhkəmə prokurorluğun təqdimatına baxıb və X. İsmayılovanın barəsində 2 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsinə dair qərar çıxarıb.

 

Vəkil Elton Quliyev  bildirib ki, X. İsmayılova Cinayət Məcəlləsinin 125-ci (öldürmə həddinə çatdırma) maddəsi ilə təqsirləndirilir.

 

Qeyd edək ki, bu il oktyabrın 21-də Dənizkənarı Milli Park ərazisində 1984-cü il təvəllüdlü Tural Mustafayev intihar etmək məqsədi ilə siçan dərmanı içib. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.//APA


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar