Üzərinə `Üzr istəyirəm mən öküzəm` yazdığı `BMW` ilə qəza törətdi - VİDEO
30.09.2019 672 0.0 0

Türkiyədə sevgilisindən üzr istəmək üçün bəzədiyi avtomobillə qəza törədən gənc yaralanıb.

Qazeta.info Avtosfer.az -a istinadla xəbər verir ki, hadisə Bursanın Biləcik rayonunda baş verib.

Məlumata görə, Hakan Ü.(22), 16 LFP 48 dövlət qeydiyyat nişanlı “BMW” markalı avtomobilinin kapotunu çiçəklə bəzəyərək “Üzr istəyirəm mən öküzəm”, “Səni  çox sevirəm Sibel” yazaraq sevgilisindən onu bağışlamasını istəyib. Dostları ilə qızın qaldığı tələbə yataqxanasının qarşısına gələn Hakan ondan üzr istəyir. Sonra geri dönən zaman Hakan idarə etdiyi avtomobili iki küçənin kəsişməsində yerləşən işıq dirəyinə çırpır.

 

Qəzanın şiddətindən avtomobilin ön hissəsi deformasiyaya uğrayıb.

Xəsarət alan gənc “təcili tibbi yardım” maşını ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin yaxşı olduğu bildirilib.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar