ENERGETİK İÇKİLƏRƏ QADAĞA QOYULDU
08.11.2014 1820 0.0 0

Litvada yetkinlik yaşına çatmayanlara energetik içkilər satılmasının qadağan olunması haqda qərar noyabrın 1-dən qüvvəyə minib. Xarici KİV-lərin verdiyi məlumata görə, bu Baltikyanı dövlətin hakimiyyət orqanları həmin qərarı onunla əsaslandırırlar ki, energetik içkilər böyüməkdə olan nəslə çox böyük ziyan vurur. Litva belə bir addım atmağa qərar vermiş ilk dövlətdir. Litvada “energetik içkilər” dedikdə tərkibində sinir sistemini qıcıqlandıran kofein və digər maddələrin çox olduğu içkilər nəzərdə tutulur. Bu qadağanı pozan satıcılar barəsində cərimə şəklində cəza tədbiri görüləcək. Bu barədə hələ aprel ayında qəbul edilmiş qanun noyabrın 6-da qüvvəyə minib. Qanunun qəbul olunması və onun qüvvəyə minməsi tarixləri arasındakı bu fasilədən istifadə edən satıcılar ötən müddətdə energetik içkiləri mağazalarda diqqəti cəlb etməyən yerlərdə gizlətməyə macal tapıblar.

Yeni qanun tərkibində kofeinin konsentrasiyası bir litrdə 150 milliqramdan yüksək olan bütün içkilərə şamil ediləcəkdir. Qanunun pozulmasına görə 116 avro məbləğində cərimə nəzərdə tutulur. Energetik içkilər bazarı dünyada ən sürətlə inkişaf etməkdə olan bazarlardan biridir. Son dörd ildə bu bazarın həcmi 4 dəfə artıb. Təkcə cari ildə artım 27,5 milyard dollar olub. Energetik içkilərin ən iri istehsalçısı olan “Red Bul” (Avstriya) firmasıdır Dünyada istehsal edilən bu cür içkilərin 31 faizi həmin firmanın payına düşür. İkinci yeri Amerikanın “Monster enerji” şirkəti tutur.

http://azertag.az/xeber/809027


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar