Ukrayna XİN başçısı: `Lavrov mənim təkliflərimi qəbul etmədi`
10.03.2022 278 0.0 0

“Ukrayna hakimiyyətindəki hər kəs humanitar dəhlizlərin təhlükəsizliyi ilə bağlı zəmanət verə bilər”.

Bildirək ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Antalyada Türkiyə və Rusiya xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrovla üçtərəfli görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

“Bunu ruslar edə bilərmi? Lavrov bura ancaq dinləmək üçün gəlmişdi. Mən isə müzakirələr üçün gəlmişdim. Görünür, mövqelərimiz fərqlidir. Lavrov mənim təkliflərimi qəbul etmədi”, - deyə o qeyd edib./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar