MƏHKƏMƏ YADİGAR SADIQOVUN CƏZASINI AZALTDI
13.01.2015 1079 0.0 0

Bu gün Ali Məhkəmədə Müsavat Partiyas başqanının həbsdə olan müavini Yadigar Sadıqovun kassasiya şikayətinə baxılıb.

 

Vəkili Adil İsmayılovun verdiyi məlumata görə, prosesdə qərar elan edilib. Qərara görə, şikayət qismən təmin edilib və Y. Sadıqovun cəzası 4 ildən 3 il 6 aya endirilib.

 

Qeyd edək ki, Yadigar Sadıqov 2013-cü il iyunun 27-də saxlanılıb. Müsavat başqanının müşaviri xuliqanlıqda ittiham olunur.

 

O, Lənkəran rayon Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. Ötən il iyulun 22-də Bakı Apellyasiya Məhkəməsi onun həbsini 4 ilə endirib. Bundan sonra o, kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. //APA


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar