Türkiyə polisi Naxçıvanla sərhəddə əməliyyat keçirib, 40 nəfər tutulub
13.03.2018 960 0.0 0

Türkiyə ilə Naxçıvan Muxtar Respublikası arasındakı Dilucu gömrük-keçid məntəqəsində polisin keçirdiyi əməliyyat nəticəsində 40 nəfər şübhəli tutulub.

 

 

“Haber7”yə istinadən xəbər verilir ki, onlar rüşvət almaqda şübhəli bilinirlər.

Türkiyə polisi həmin şəxslərin evlərində eyni vaxtda axtarış aparıb. Onlar saxta ixracat, fırıldaqçılıq, rüşvətxorluq və qaçaqmalçılıqda ittiham olunurlar. 

Şübhəlilər ədliyyə orqanına təhvil veriliblər. /report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar