PAKİSTAN QARIŞDI
01.09.2014 1778 0.0 0

 

Hökumət əleyhdarı təşkil olunan etiraz aksiyalarının  davam etdiyi Pakistanda etirazçılar, nazirliklərin da olduğu bir hökumət binasını ələ keçirildiyi xəbəri yayıldı. 

 

Nümayişçilərə göz yaşartıcı qazdan  istifadə edən təhlükəsizlik güclərinə nümayişçilər tərəfindən molotof kokteyli və daş ataraq cavab verməsi üzərindən  qarşıdurma  yaranıb. Qarşıdurma zamanı təhlükəsizlik müdiri ilə bərabər beş polis ilə 15 vətəndaşın yaralandığı məlumatı yayılıb.

Qazeta.info Tgrthabere istinadən bildirir ki,Etirazçıların liderlərindən Tahir-ul Qədri, protestoculardan bəzilərinin Baş nazir Navaz Şərifin evinin qarşısında olduğunu bildiriblər. Hökumət binası ətrafında da təxminən min nümayişçinin olduğu hesab edilir. Ordu  parlament binası ilə baş nazirlik ofisini qorumaq üçün əsgərləri qeyd edilən ərazilərə cəmləyib. Nümayişçilər əskərlərin texnikasını yanğına verməsinə baxmayaraq  Əsgərlərin  nümayişçilərə hələ müdaxilə etmədiyi qeyd edilir. 

Baş verən toqquşmalarda nümayişçilərin, rəsmi televiziya kanalının mərkəzini də işğal etdiyi qeyd edilir. Nümayişləri canlı yayımlanan PTV'nin yayımı telekanal ələ keçiriləndən sonra  sonra kəsilib.

Xatırladaq ki,hadisələrin bu həddə gəlməsinə əsas səbəb   korrupsiyada günahlandırdıqları Baş nazir Navaz Şərifin istefasının tələb olunmasıdır. Navaz Şərifin isə özünə qarşı olan bu ittihamları rədd edir.


Teqlər:PAKİSTAN QARIŞDI

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar