Türkiyədə dəhşətli faciə- məktəbli avtobusu su kanalına düşüb-Yeniləndi
06.06.2016 672 0.0 0

Türkiyənin Osmaniyə şəhərində şagird və valideynləri daşıyan avtobusun su kanalına düşməsi nəticəsində ölənlərin sayı 14-ə çatıb.

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 26 nəfər xəsarət alıb.

Dəqiqləşdirilmiş məlumata əsasən, qəzada 6 məktəbli, 3 qız və 3 oğlan ölüb. Avtobusun sürücüsü daxil olmaqla, daha 7 nəfərin öldüyü də təsdiqlənib. Qəza sürücünün idarəetməni qəfildən itirməsi səbəbindən baş verib.

Hadisə ilə əlaqədar istintaq davam etdirilir.

***
23:45

 

Türkiyənin Osmaniyə şəhərində məktəbliləri daşıyan avtobus su kanalına düşüb.

 

Avtobusda 30-dan çox şagirdin olduğu bildirilir. Hadisə yerində xilasetmə əməliyyatı davam edir. Ölənlərin sayının artma ehtimalı var.

 

Məlumata görə, avtobusun su kanalına düşməsi nəticəsində ölənlərin sayı 13-ə çatıb.

 

“Milliyet”-ə istinadən verilən məlumata görə, məktəblilərin ikisi xəstəxanaya çatdırıldıqdan sonra həyatlarını itiriblər.


Bildirilir ki, hadisə nəticəsində çox sayda yaralanan var. İlkin məlumata əsasən, qəza sürücünün idarəetməni qəfildən itirməsi səbəbindən baş verib. /apa/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar