"PROCTER & GAMBLE AZƏRBAYCAN SERVİS" KÜLLİ MİQDARDA CƏRİMƏLƏNDİ
06.11.2014 1544 0.0 0
 
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən reklam bazarında aparılmış araşdırmalar zamanı “Oral-B Pro-flex” diş fırçasının, “Duracell” batareyasının, “Ariel” yuyucu tozunun və “Blend-a-med Pro-expert” diş məcununun reklamlarında istehlakçıların çaşdırılmasına səbəb olan haqsız və qeyri-dəqiq reklam əlamətləri aşkar edilib.

 

Bu barədə  İqtisadiyyat və Sənaye Nazirliyindən məlumat verilib.

 

Bununla əlaqədar həmin reklamların sifarişçisi olan “Procter & Gamble Azerbaijan Services” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

 

İstehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə “Procter & Gamble Azerbaijan Services” şirkəti 2 mln. 163 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.//APA


Teqlər:TANINMIŞ ŞİRKƏTİN AZƏRBAYCAN SERVİS

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar