ARİF YUNUSUN İNFARKTI BƏHANƏ İMİŞ
05.09.2014 1299 0.0 0

Elçin Behbudov: "Onda infarktın əlamətləri qətiyyən aşkar edilməyib"

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov həbsdə olan Leyla Yunusun Arif Yunusun səhhəti ilə bağlı açıqlama verib

Mətbuata açıqlama verən Elçin Behbudov bildirib ki, Arif Yunusun həkimi ilə görüşüb:

“Bəzi mətbuat orqanlarında yazılıb ki, guya Arif Yunus infakt keçirib, xəstədir. Mən MTN-nin İstintaq Təcridxanasının həkimi ilə görüşdüm. Həkim Arif Yunusun tibbi toksikasını mənə təqdim etdi. Həkim bildirdi ki, Arif Yunus ora qəbul olunan zaman onun şəkəri 97 olub. Yəni 120-yə qədər şəkər normadır. Mən özüm də şəkər xəstəsiyəm. Mənim şəkərim 250-dir. Ancaq Arif Yunusun şəkəri 97 olub. Demək ki, bu adamda şəkər normada olub. MTN-nin təcridxanasına daxil olan onun zaman ürəyini kardioqrama ediblər. Arif Yunusda infarktın əlamətləri qətiyyən aşkar edilməyib. İnfaktın əlamətləri onda yoxdur. ”

Xatırladaq ki, Leyla Yunus iyulun 30-da, Arif Yunus avqustun 4-də həbs olunub. Leyla Yunusa dövlətə xəyanət maddəsi də daxil olmaqla 6 ittiham, Arif Yunusa qarşı isə 2 ittiham irəli sürülüb.//AnsPress


Teqlər:ARİF YUNUSUN İFARKTI BƏHANƏ İMİŞ

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar