Tramp ABŞ-ın başqa ölkələrdə `rejimləri devirməyəcəyini` təsdiqləyib
02.12.2016 575 0.0 0

ABŞ başqa ölkələrdə siyasi rejimlərin devrilməsinə yönəlmiş siyasət aparmağa səy göstərməyəcək. “RİA Novosti”yə istinadən verilən xəbərə görə, bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp deyib.   

 

“Biz rejim və hökumətləri devirməyəcəyik. Altı trilyon dollar tək Yaxın Şərqdə, xatırlayırsınız? Bizim məqsədimiz sabitlikdir, xaos deyil. Çünki biz ölkəmizi bərpa etmək istəyirik”, - deyə Tramp qeyd edib.   

 

Bundan əvvəl məlum olub ki, Tramp prezidentliyi dövründə ABŞ quru qoşunlarının sayını xeyli artırmaq, Yaxın Şərq, Şərqi Avropa və Cənub-Şərqi Asiyada ABŞ qoşunlarını gücləndirmək niyyətindədir. /APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar