MÜDAFİƏ NAZİRLİYİ ERMƏNİSTANIN BƏYANATINA CAVAB VERDİ
06.09.2014 1379 0.0 0

 

Müdafiə Nazirliyi bildirir ki, Yerevandakı hərbi-siyasi rejim növbəti dəfə Ermənistan Müdafiə Nazirliyinin yaydığı bəyanatla bu ölkədəki acınacaqlı vəziyyəti etiraf etmək məcburiyyətində qalıb. 
 

Həqiqətən də ağır iqtisadi vəziyyət, yoxsulluq səviyyəsinin yüksəlməsi, inflyasiyanın sürətlənməsi, demoqrafik vəziyyət, kütləvi miqrasiya Ermənistandakı sosial-iqtisadi şəraiti partlayış həddinə çatdırıb. 
Ermənistandan fərqli olaraq Azərbaycanda Silahlı Qüvvələrimizin şəxsi heyətinin döyüş hazırlığı, mənəvi-psixoloji vəziyyəti dövlətimizin və onun rəhbərliyinin diqqət mərkəzində olduğu kimi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması və maddi-texniki təminatının artırılması da möhtərəm Prezidentimiz, Silahlı Qüvvələr Ali Baş Komandanı cənab İlham Əliyevin birbaşa nəzarəti və qayğısı əhatəsindədir. 

 

İyul ayının sonları və avqustun əvvəllərində qoşunların təmas xəttində xeyli sayda canlı qüvvə sarıdan itki verən erməni tərəfi bu gün də özünə gələ bilməyib. Düşmən tərəfinin hərbi rejimi həmişə olduğu kimi yenə də həqiqətən uyğun olmayan məlumatları qəsdən erməni ictimaiyyətinə zorla yedirin və onu informasiya vakkumunda saxlayır. 
Bir çox beynəlxalq iqtisadi layihələrdən kənarda qalan Ermənistanın hərbi-siyasi rejimi daxili problemləri həll etmək əvəzinə, erməni xalqının fikrini əsas məsələlərdən yayındıraraq günahı Azərbaycan tərəfində görməyə üstünlük verir. 

 

Ermənistanın hərbi potensialının və iqtisadiyyatının bütövlükdə ayrı-ayrı xarici dairələrin əlində cəmləşməsi, silahlanmadakı hərbi texnikanın döyüşə hazır vəziyyətdə olmaması və taktiki-texniki baxımdan köhnəlməsi, Peşəkar hərbi təhsil sisteminin tam formalaşmaması, ordudakı intizamsızlıq, korrupsiya, qeyri-döyüş itkilərinin, yoluxucu xəstəliklər, çağırışdan boyun qaçıranların ədədin kəskin surətdə artması, demoqrafik vəziyyətlə əlaqədar hərbi hissələrdə və ön xətdə əsgər çatışmazlığı, bu səbəbdən də onların əvəzinə qeyri-Peşəkar yerli əhalinin səngərlərdə istifadə edilməsi, müqaviləli xidmətə keçid adı altında kriminal keçmişə sahib və Ermənistanın müxtəlif oliqarx dairələrinin nəzarətində olan silahlı qruplaşmaların üzvlərinin orduya cəlb olunması qonşu dövlətin hərbi təhlükəsizlik sektorunun hansı vəziyyətdə olmasını açıq-aydın nümayiş etdirir. 
 

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Müdafiə Nazirliyinin yaydığı bəyanatı ciddi qəbul etmir və bunu ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qayğısı nəticəsində Silahlı Qüvvələrimizin artan hərbi potensialı qarşısında ruhdan düşən narazı erməni ictimaiyyətinə ünvanlanan təsəlli kimi qiymətləndirir.


Teqlər:MÜDAFİƏ NAZİRLİYİ ERMƏNİSTANIN BƏYA

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar