TQDK qəbul və buraxılış imtahanlarının keçirilmə tarixlərini açıqladı (TAM SİYAHI)
27.05.2015 556 0.0 0

Tələbə Qəbulu üzrə Dövlət Komssiyası (TQDK) növbəti tədris ili üçün ali təhsil səviyyəsi üzrə qəbul imtahanları və orta məktəblərin buraxılış imtahanlarının keçirilmə tarixlərini açıqlayıb.

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə:
- ərizə qəbulu - 3-12 fevral
- qəbul imtahanı -(1-ci mərhələ) 22 fevral
- proqram seçimi - 1-10 aprel
- qəbul imtahanı - (2-ci mərhələ) 26 aprel
- ixtisaslaşma seçimi - 7-12 may
- boş qalan yerlərə ixtisaslaşma seçimi - 22-28 iyun

Ali təhsil müəssisələrinin tibb ixtisaslarının rezidentura səviyyəsinə:
- ərizə qəbulu - 16-23 fevral
- qəbul imtahanı (1-ci mərhələ) - 15 mart
- qəbul imtahanı (2-ci mərhələ) - 7 iyul 
- ixtisaslaşma seçimi - 10-14 iyul
- boş qalan yerlərə ixtisaslaşma seçimi - 21-24 iyul

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanları 
5, 12, 19 aprel, 3 may

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə:
- ərizə qəbulu (I-IV qruplar) - 1-30 aprel 
- ərizə qəbulu (V qrup) - 5-18 may
- qabiliyyət tələb edən ixtisaslar üzrə seçmə tur (I qrup) - 15-30 aprel
- qabiliyyət tələb edən ixtisaslar üzrə seçmə tur (V qrup) - 6-19 may
- Rus bölməsinin abituriyentlərinin Azərbaycan dili imtahanında iştirak etmək üçün qeydiyyatının aparılması - 1-31 mart

- Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı (1-ci imtahan) - 26 aprel
- Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı (2-ci imtahan) - 7 iyul
- qəbul imtahanı (əvvəlki illərin məzunları) - II və III qruplar üzrə - 17 may
- qəbul imtahanı (əvvəlki illərin məzunları) - I və IV qruplar üzrə - 24 may
- qəbul imtahanı (cari ilin məzunları) - I və IV qruplar üzrə - 14 iyul
- qəbul imtahanı (cari ilin məzunları) - II və III qruplar üzrə - 25 iyul
- xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı (V qrup) - 15 iyul-5 avqust
- xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı (I qrup) - 19 iyul-5 avqust
- ixtisas seçimi (I-V qruplar) - 30 iyul-11 avqust
- boş qalan yerlərə ixtisas seçimi (I-V qruplar) - 14-19 avqust

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında:
- ərizə qəbulu - 5-18 may
- qabiliyyət tələb edən ixtisaslar üzrə seçmə tur - 6-19 may
- Rus bölməsinin abituriyentlərinin Azərbaycan dili imtahanında iştirak etmək üçün qeydiyyatının aparılması - 1-31 mart
- Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı - 1-ci imtahan - 26 aprel
- Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı - 2-ci imtahan - 7 iyul 
- qəbul imtahanı (əvvəlki illərin məzunları) - 2 iyul
- xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı - 15 iyul-5 avqust
- ixtisas seçimi - 14-19 avqust
- boş qalan yerlərə ixtisas seçimi - 27-31 avqust 

Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında:
- ərizə qəbulu - 1-31 may
- qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyat - 20 may-2 iyun
- qəbul imtahanı (əvvəlki illərin məzunları) - 2 iyul
- xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə seçmə tur - 7-11 iyul
- ixtisas seçimi - 8-15 iyul
- boş qalan yerlərə ixtisas seçimi - 1-10 avqust

Buraxılış imtahanları: 
- Peşə liseyləri - 15 mart
- 1-ci istiqamət (Bakı) - 2 iyun
- 2-ci istiqamət (region) - 6 iyun
- 3-cü istiqamət (region) - 11 iyun
- 4-cü istiqamət (region) - 16 iyun
- Eksternat imtahanı; Əvvəlki il məzunlarının qəbul imtahanı: - Orta ixtisas təhsili müəssisələrinə (9 və 11 illik bazadan); Ali təhsil müəssisələrinə V qrup üzrə - 2 iyul

Monitorinq imtahanları: 6 və 7-ci siniflər - 6-7 aprel (region); 9-10 aprel (Bakı).
11-ci sinif - 15, 16, 17 aprel (Bakı); 20, 21 aprel (region)./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar