ABŞ-DA GÜCLÜ ZƏLZƏLƏ BAŞ VERDİ
25.08.2014 1642 0.0 0

Bu dəqiqələrdə Türkiyə mətbuatının yaydığı xəbərə görə ABŞ-ın Kaliforniya əyalətində 6 bal gücündə zəlzələ baş verib

 

Baş vermiş təkan nəticəsində  dağıbtıların olduğu bildirilir. İlkin məlumatlara görə əlzələdə 3-ü ağır olmaqla  87 nəfər yaralanıb. 

Yayılan məlumatlarda zəlzələnin əyalətdə yanğınlara səbəb olduğu bildirilib.Zəlzələnin ən şiddətli yeri Napa şəhəridir və şəhərdə fövqəladə hal elan edilib. 

Kalifornia qubernatoru Cerri Braun, əyalətdəki təşkilatlara şərabçılıq bölgəsi bilinən Napadaki qurtarma işlərinə yardımçı olmaları üçün təlimatı verib. 

Napa Xilasetmə Təşkilatı Əməliyyatlar Şefi Con Kallanan verdiyi açıqlamada , şəhərdə zəlzələ səbəbiylə çıxan 6 yanğına müdaxilə etdiklərini qeyd edərək, yaralıların xəstəxanalara daşınması və evlərdə qapalı qalanların olub olmadığı mövzusundakı axtarış işlərinin təşkilatın qaynaqlarını tükənmə nöqtəsinə gətirdiyini söyləyib.  

Napa şəhərində aralarında bölgə ədliyyə sarayının da olduğu 3 tarixi binada ziyan meydana gəldiyini, şəhər mərkəzindəki 2 ticarət binanın da ciddi şəkildə zərər gördüyünü ifadə edən səlahiyyətlilər, körpülər, binalar və yolların ziyanınin müəyənləşdirilməsi istiqamətində iş başlandığını bildirib. 

ABŞ Geoloji Araşdırma Mərkəzindən verilən açıqlamada, yerin 10,7  kilometr dərinlikdə meydana gələn zəlzələnin mərkəz əsasının Napanın 9 kilometr cənubu olduğu bildirildi. Şərhdə, zəlzələnin yerli saatla 03.20-de meydana gəldiyi qeyd edilir.


Teqlər:ABŞ-DA GÜCLÜ ZƏL-ZƏLƏ BAŞ VERDİ

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar