Telman İsmayılov iflasa uğraması barədə məhkəməyə müraciət edib
09.12.2015 508 0.0 0

AST şirkətlər qrupunun prezidenti Moskvadakı Çerkizov bazarının keçmiş sahibi iş adamı Telman İsmayılov iflasa uğraması barədə Moskva vilayəti Arbitraj məhkəməsinə ərizə ilə müraciət edib.

 

Məlumata görə, bu barədə "Kommersant" qəzeti yazıb.

 

Ərizənin məhkəməyə noyabrın 19-da daxil olduğu məlum olub. Lakin məhkəmə dekabrın 26-na kimi iş damının müraciətinin hərəkətsiz qoyması haqqında qərar çıxarıb. Buna səbəb kimi, iş adamının ərizəyə bir sıra sənədləri əlavə etməməyi göstərilib.

 

Qeyd edək ki, Rusiyanın "Moskva bankı"nın ("Bank Moskvı", VTB qrupu) Moskva Arbitraj Məhkəməsində paytaxtdakı Çerkizov bazarının keçmiş sahibi, iş adamı Telman İsmayılovun rəhbərlik etdiyi AST Şirkətlər Qrupuna daxil olan "KBF AST" Məhdud Məsuliyyətli Cəmiyyətinə  qarşı 213 milyon dollarlıq iddia qaldırıb. "Moskva bankı" iddiasında 2012-ci il 28 sentyabr tarixində imzalanmış müqaviləyə əsasən, "Ruslayn 2000" MMC-nin adına alınan 213 milyon dollar məbləğində borcun ödənilməsini tələb edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar