İŞİD HAQQINDA YENİ İDDİA
17.08.2014 1816 0.0 0

İslam Dövləti (əvvəlki adı İraq Şam İslam Dövləti - İŞİD) terror qruplaşması haqqında daha bir neçə şok iddia ortaya atılıb. 

Məlumata görə, alman xəbər saytlarında İraqda və Yaxın Şərqdə terror aktları həyata keçirən İŞİD-in ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və NATO tərəfindən qurulduğu və dəstəkləndiyi iddia olunub. 

“İŞİD ABŞ MKİ (CIA) və NATO-nun qurduğu bir təşkilatdır. İŞİD-in ən vacib adamlarının 2012-ci ildə İordaniyadakı düşərgələrdə CIA və ABŞ xüsusi hərbi qüvvələri tərəfindən yetişdirilmiş olduğunu iordaniyalı nümayəndələr açıqlamışdı. İŞİD üzvlərinin ABŞ pasportu var. Onlar ABŞ və NATO-nun planı ilə istədikləri ölkələrdə rejimi dəyişdirmək üçün istifadə edilir. Əsədə qarşı vuruşan müxaliflərə də NATO-nun silah dəstəyi etdiyi diqqət çəkmişdi” – deyə alman saytları İŞİD-in fəaliyyəti ilə bağlı şok iddia irəli sürüb. 

Onu da qeyd edək ki, İŞİD lideri Əbu Bəkr əl Bağdadinin (əsl adı İbrahim al Badri) ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) agenti və İsrailin Kəşfiyyat oqranı olan Mossadın poliqonlarında dəfələrlə təlimlər aldığını iddia edən qaçaq ABŞ agenti Edvard Snouden isə bu dəfə terror qruplaşmasının arxasında ABŞ, İngiltərə və İsrail kəşfiyyatının durduğunu açıqlayıb.//
ANSPRESS


Teqlər:İŞİD HAQQINDA YENİ İDDİA

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar