AVRASİYA İTTİFAQINDA SİYASİ BÖHRAN.
04.09.2014 612 0.0 0

Tiflisdə Gürcüstanın və Qazaxıstanın Xarici İşlər Nazirlikləri arasında siyasi müzakirələr aparılıb.

Məlumata görə, Gürcüstanın xarici işlər naziri Maya Pancikidze Qazaxıstan xarici işlər nazirinin müavini Samat Ordabayevi ilə görüşüb.

Görüşdə ikitərəfli əməkdaşlığın dərinləşməsinin əhəmiyyəti vurğulanıb. Xüsusən iqtisadi əlaqələrin aktivləşməsi sahəsində danışıqlar aparılıb. Həmçinin, görüşün gedişatında Qazaxıstan Gürcüstana dəstəyini nümayiş etdirib və bu ölkənin ərazi bütövlüyünü tanıyıb.

Qazaxıstan faktiki olaraq Avrasiya İttifaqına Abxaziyanın və Cənubi Osetiyanın cəlb edilməsini dəstəkləməyəcəyini bəyan edib. Bundan başqa, Qazaxıstan Gürcüstanla iqtisadi münasibətləri nümayişkaranə şəkildə qaydaya salır.

Bu günlərdə Rusiya prezidenti Vladimir Putin Nazarbayevi müstəqil qazax dövləti yartmaq münasibəti ilə tərifləyib. Putin işarə edirdi ki, Qazaxıstan dövlətinin Rusiya imperiyası ərazisində yaranmasına icazə verilib və bu icazə istənilən vaxt ləğv edilə bilər. 

Bu gün Belarusiya qəzetlərindən birində isə Lukaşenko və Nazarbayevin Putinin təzyiqlərinə dözməyəcəkləri ilə bağlı yazı dərc olunub. Məqalədə qeyd edilir ki, Avrasiya İttifaqı çox tezliklə dağıla bilər və bu, tək Putinin imperiya ambisiyalarına görə olmayacaq. Digər bir səbəb Moskvanın Avrasiya İttifaqına Ermənistanı cəlb etmək istəyidir. 

Görüşdə Qazaxıstan tərəfi Azərbaycanın ərazi bütövlüyünü də dəstəkləyəcəyini açıqlayıb. Bu isə o deməkdir ki, 10 oktyabrda, Minskdə Avrasiya İttifaqının sammitində Astana Qarabağ üzrə sərt tələbləri irəli sürərək yenidən Ermənistanın İttifaqa girişinin qarşısını ala bilər.//ANS PRESS


Teqlər:AVRASİYA İTTİFAQINDA SİYASİ BÖHRAN.

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar