TOY KARVANI AEROPORT YOLUNU BAĞLADI,DYP ƏMƏKDAŞLARI GÖZ YUMDU
29.12.2014 766 0.0 0

Paytaxt Bakıda növbəti dəfə toy karvanının özbaşınalığı müşahidə olunub.

 

Bu dəfə də toy karvanı yolu bağlayaraq böyük tıxaca səbəb olub və sürücüləri yolda qoyub. Virtualaz.org saytı xəbər verir ki, bu hadisə bir az əvvəl aeroport yolunda baş verib. Hava limanının yaxınlığında dayanan toy karvanı bütün yolu bağlayıb. Şəhər istiqamətinə gələn trası bağlayan karvandakı gənclər foto və videoçəkiliş aparırmış.

 

Hadisə şahidlərinin verdiyi məlumata görə, bəylə gəlin "Bentley” markalı maşında olub. Maşının seriyası da lüksdür — AA. Karvanda daha iki "Bentley” və çoxlu sayda bir neçə yüz min manatlıq bahalı maşınlar olub.

 

Şahidlərin virtualaz.org saytına verdiyi məlumata görə, toy karvanı yolu bağlayıb çəkiliş aparan zaman yolun əks istiqaməti ilə Dövlət Yol Polisinin (DYP) maşınları keçirmiş. Amma DYP əməkdaşları bu özbaşınalığa müdaxilə etməyib. Səbəb toyu olan gəncin hansısa məmurun övladı olmasıdır.

 

Xatrıladaq ki, mətbuatda toy karvanlarının yaratdığı süni tıxaclarla bağlı tənqidi yazılar yazıldıqdan sonra DYP tərəfindən sərt addımlar atılmağa başlanmışdı. Bu cür özbaşınalığa yol verən şəxslər isə cəzalandırılmışdı. Görünür, məhərrəmliyin başa çatmasından sonra toy mövsümünün başlaması ilə bu qadağanı və cəzaları unudanlar olub. Bu özbaşınalığın qarşısını almaq və həmin şəxsləri cəzalandırmaq yenə də DYP-nin öhdəsinə qalır. Bu cür hallara yol verən şəxsləri yollarda quraşdırılan nəzarət kameraları vasitəsilə tapmaq və məsuliyyətə cəlb etmək çox asandır.

 

Xatırladaq ki, bu cür hallara əsasən məmur və oliqarx övladlarının yol verməsinin dəfələrlə şahidi olmuşuq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar