TƏHSİL NAZİRLİYİ TÜRK LİTSEYLƏRİ BARƏDƏ AÇIQLAMA YAYDI
04.09.2014 1323 0.0 0

Təhsil Nazirliyi türk liseylərinin yenidən açılması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Təhsil Nazirliyindən  bildirilib ki, qurum Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ləğv olunmuş ümumi təhsil müəssisələrinin şagirdlərinin yerləşdirilməsi prosesini yekunlaşdırır.

Son məlumata əsasən burada təhsil almış şagirdlərin 42 faizi artıq digər dövlət və özəl məktəblərinə qəbul olunub. 

Digər təhsil alanların Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş təhsil hüquqlarını təmin etmək və təhsillərini yüksək səviyyədə davam etdirilməsinə imkan yaratmaq məqsədi ilə Təhsil Nazirliyi Bakı şəhərində Akademik Zərifə Əliyeva adına liseydə, regionlardan isə Gəncə, Şirvan, Quba, Lənkəran, Mingəçevir və Ağdaşda fəaliyyət göstərən və şagirdlərinin nailiyyətlərinə görə həmin bölgədə ilk pillələri tutan dövlət ümumi təhsil müəssisələrində eksperimental pilot siniflərin açılması barədə qərar qəbul edib.

Qəbul olunmuş qərara əsasən eksperimental pilot siniflər həmin şəhərlərdə mövcud olan ABTK-nın bağlanmış lisey binalarında yerləşdiriləcək və seçimini etməmişşagirdlərə könüllü əsaslarla bu məktəblərə keçmək təklif olunacaq.

Eksperimental pilot siniflərdə tədrisin təşkili üçün özəl təhsil qurumlarının cəlb olunması nəzərdə tutulur. Burada tam orta təhsil proqramından əlavə ayrı-ayrı fənlərin dərinləşdirilmiş, o cümlədən xarici dillərdə tədrisi proqramı tətbiq olunacaqdır.

Sentyabrın 15-də bütün ölkədəki kimi qeyd olunan siniflərdə də tədris prosesinə başlanacaq.//ANS PRESS

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar