SARKISYAN PUTİNƏ ŞİKAYƏT EDİB.
09.08.2014 1342 0.0 0

Avqustun 9-da Soçidə Rusiya və Ermənistan prezidentlərinin görüşü olub.

Məlumata görə, Ermənistan prezidenti Serzh Sarkisian Vladimir Putin-ə deyib ki, Azərbaycan-Ermənistan münaqişəsini Azərbaycan bilərəkdən qızışdırır:

«Mən bizim regiondakı vəziyyət və Azərbaycan-Ermənistan sərhədində vəziyyəti Azərbaycanın qızışdırmasının səbəbləri haqda sizə geniş məlumat verəcəyəm».  

(Qeyd edək ki, son günlər Dağlıq Qarabağda və Azərbaycan-Ermənistan sərhədində döyüşlərin qızışmasında Azərbaycan və Ermənistan bir-birlərini ittiham edir – Azadlıq Radiosu).

Putin isə deyib ki, Moskva ilə Yerevanın münasibətləri dostluq və strateji münasibətlərdir. Bunu Ermənistanın Gömrük İttiufaqına və Avrasiya İqtisadi Birliyinə qoşulmaq qərarı da göstərir.  

Avqustun 10-da Soçidə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşü gözlənilir.

Putin-in mətbuat katibi Dmitry Peskov avqustun 9-da jurnalistlərə deyib ki, «Biz prezidentlərin üçtərəfli görüşünün sabah- avqustun 10-da gündüz keçiriləcəyini istisna etmirik».

Peskov Qarabağdakı vəziyyət haqda isə deyib: «Vəziyyət doğrudan da gərgindir, qeyri-sabitdir. Ona görə də danışıqlar cəhdləri olunur».  

Ancaq Peskov-un dediyinə görə, hər 3 prezident avqustun 9-da axşam da qeyri-formal görüşə bilərlər. Əliyev, Sarkisian və Putin beynəlxalq sambo yarışlarına baxmağa gedəcəklər.

«Platforma S-70» adlı döyüş sambosu yarışlarına Putin-in gəlişi artıq ənənəyə çevrilib. Peskov deyib ki, Azərbaycan və Ermənistan prezidentlərinin də ona qoşulacağı gözlənilir.

Avqustun 9-da Soçidə Putin Sarkisian-la görüşdən əvvəl Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək görüşüb.  Azadlıq radiosu


Teqlər:SARKISYAN PUTİNƏ ŞİKAYƏT EDİB.

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar