Taksi sürücüsü özünü yandırdı: «Məni buna QAİ Ramin məcbur etdi»- FOTO
20.09.2015 24908 0.0 0

Dünən gecə saat 23:00 radələrində 27 yaşlı Məqsəd adlı taksi sürücü üstünə benzin tökərək özünü yandırıb. 

Məlumatına görə, hadisə Sumqayıtda-"Nərimanov" adlandırılan ərazidə baş verib. 

İnsanlar taksi sürücüsünə kömək etməyə çalışsalar da özünü yandıran şəxs ağır xəsarətlər alıb. Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da vəziyyətinin ağır olduğunu əsas gətirərək onu xəstəxanaya qəbul etməyərək Bakıya göndəriblər. 

Məqsədi insanlar söndürdükdən sonra ondan atdığı addımın səbəbini soruşanda  o : "Məni buna QAİ Ramin məcbur etdi" -deyib. 

Bildirək ki, özünü yandıran şəxsin kimliyi haqda hələlik yalnız onun yetimçiliklə böyüdüyü və çox zəhmətkeş insan olduğu məlumatı əldə oluna bilib. Onun iki az yaşlı övladı var. Hazırda Məqsədin vəziyyəti ağır olaraq qalır. Yaxınlarının söylədiyinə görə, həkimlər xəstəni xilas etməyin mümkün olmadığını bildiriblər.  Məqsədin qohum-əqrəbası isə ümidsiz vəziyyətdə gözləməkdədirlər./moderator.az/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar