Tahir İmanov: «Bu şəhərdə» bizim rəqib ola bilməz»
27.03.2015 734 0.0 0

Əməkdar artist Tahir İmanov yeni yaranan KVN komandalarından danışıb.

 
axşam.az-ın verdiyi məlumata görə , aktyor "Bu şəhərdə"ni özlərinə rəqib görmədiyini deyib:
 
"Bu gün karifey sənətkarların iştirak etdiyi köhnə tamaşalara gülürəm. Bizim bu sahədə böyük keçmişimiz olub. Səhnədə olarkən Bəhramla Cabirin (aktyor Bəhram Bağırzadə və Cabir İmanov - red.) improvizələrinə gülürəm. Bizim aramızda fərq yoxdur. Aleksandr Vasilyeviç Maslyakovun məktəbini keçmişik. Biz KVN məktəbi bitirmişik, indiyədək də bu prinsiplərlə çalışırıq: mənalı zarafatlardan, yumordan, satiradan istifadə edirik. Bu gün verilişlərdə bayağı yumora çox üstünlük verirlər. Yeni komandaların bizim qədər tamaşaçını ələ alması üçün onlara mərhum Anar Məmmədxanov kimi rəhbər, Bəhram Bağırzadə kimi "frontmen" - əsas aktyor lazımdır. KVN komandasının vizit-kartı Bəhram Bağırzadədir.
 
"Bu şəhərdə" bizim rəqibimiz deyil. Bizim rəqiblərimiz Moskvada qalıb. Əvvəl konsertlərinə getmişəm, son zamanlar yox"./milli.az/

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar