RUSİYA UKRAYNAYA DAŞ KÖMÜR İXRACINI DAYANDIRDI
25.11.2014 1428 0.0 0

Rusiyanın Ukraynaya  kömür ixracatını dayandırdığı bildirilir.

 

Qazeta.info Türkiyə mətbuatına istinadən bildirir ki, Ukrayna Enerji və Kömür Sənaye naziri Yuriy Prodan, Rusiyadan Ukraynaya olunana  kömür ixracatının dayandırıldığını bəyan edib.

Rus şirkətlərin Ukraynaya etdiyi  kömür ixracatını 21 Noyabrda durdurduğu ilə əlaqədar  suala açıqlama verən Prodan, "kömür ixracatının dayandırılmasının dəqiq səbəblərini bilmirəm. Ancaq bu səbəblərin iqtisadi motivli olmadığını deyə bilərəm. Centrenergo və DTEK şirkətləri, aldığı kömür  üçün vaxtında ödəmə edirdi" deyə açıqlama verib.

Xatırladaq ki, ölkədəki ən böyük kömür ocaqlarının olduğu şərqdəki Donbas bölgəsində may ayında başlayan hadisələrin səbəbindən, bölgədəki bir çox kömür mədənlərinin separatçıların nəzarətinə keçməsi, bəzi mədənlərin isə çalıştırılamaması səbəbilə ölkədə daş kömürü mövzusunda çətinliklər meydana gəlmişdi.

Bunun görə Rusiya və Cənubi Afrikadan  kömür idxalatı mövzusunda qərar alınarkən, rəsmi məlumatlara görə, ölkənin  kömür ehtiyacının ödənməsi üçün aylıq 1-1,2 milyon ton  kömür idxal edilməsi nəzərdə tutulmuşdu.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar