SABAH BƏZİ KÜÇƏ VƏ PROSPEKTƏLƏR BAĞLI OLACAQ
11.12.2014 847 0.0 0

Sabah Bakının əsas küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

 

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun  verdiyi məlumata görə, Heydər Əliyevin anım mərasiminə qatılacaq vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədi ilə dekabrın 12-də səhər saat 08.00-dan başlayaraq Parlament prospektində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

 

Ziyarət başa çatanadək Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektlərinin kəsişməsində, Mikayıl  Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsində, Mehdi Hüseyn küçəsi - Teleteatrın binası yanından, eyni zamanda Milli Məclisin arxasından Parlament prospekti istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq hərəkət istiqaməti dəyişdiriləcək.

 

V. Əsədov  sürücüləri qeyd olunan istiqamətlərdə nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə çağırıb.//APA


Teqlər:SABAH BƏZİ KÜÇƏ VƏ PROSPEKTƏLƏR BAĞ

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar