3 TƏRƏFLİ GÖRÜŞ BİTDİ-TƏFƏRRÜATLAR QAPALI SAXLANILIR
21.11.2014 1250 0.0 0
Vyanada ABŞ dövlət katibi Con Kerri, İran XİN rəhbəri Məhəmməd Cavad Zərif və “altılıq” beynəlxalq vasitəçilərinin əlaqələndiricisi Ketrin Eşton arasında görüş sona çatıb.

 

Məlumata görə, bu barədə RİA Novosti-yə ABŞ nümayəndə heyətindəki mənbə bildirib.    

 

Görüşün təfərrüatları hələlik açıqlanmır.  

 

Qeyd edək ki, İranın nüvə proqramı ilə bağlı danışıqların final raundu Vyanada noyabrın 18-də başlayıb.  

 

ABŞ Dövlət Departamentinin nümayəndəsi Mari Harf bundan əvvəl Tehran və “altılıq” arasında danışıqların “mürəkkəb və ciddi” keçdiyini bildirib. Onun sözlərinə görə, ABŞ yekun sazişə noyabrın 24-dək nail olmaq niyyətindədir və bu məsələ ilə danışıqların uzadılmasının mümkünlüyünü nəzərdən keçirmir. //APA


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar