TÜRKİYƏ BAŞ KONSULLUĞUNA HÜCUM OLDU
30.11.2014 1335 0.0 0

Yunanıstanın Selanik şəhərində yerləşən Türkiyə Baş Konsulluğuna hücum olub.

 

Qazeta.info Türkiyə mətbuatına istinadən bildirir ki, Atatürkün doğulduğu evin də olduğu başkonsulluq binasının önündəki polis postu ilə yenə eyni bölgədəki bir polis avtobusuna, üzləri maskalı şəxslər tərəfindən molotofkokteyli atılıb.

 

Başkonsulluq səlahiyyətlilərindən alınan məlumata görə təcavüzkarlar, 20 dəqiqə içində ən az 5 molotofkokteyli atıb. Polisin, səs və qaz bombalarıyla cavab verdiyi təcavüzkarlar, Aristo Universiteti istiqamətində qaçaraq hadisə yerindən uzaqlaşıb.

 

Təcavüzkarlar, yol üzərindəki zibil bidonlarını da atəşə tutub. Hücumda can itkisi ya da yaralanma olmasa da, hadisə zaman kənarda  park olunan avtomobillərə maddi ziyan dəyib.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar