Tağı Əhmədova yeni vəzifə verildi
06.06.2015 1031 0.0 0

“Bakı Metropoliteni”nin sabiq sədri Tağı Əhmədova yeni vəzifə verilib.

Bu barədə  açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov bildirib. YAP rəsmisi qeyd edib ki, bu gün YAP Yasamal rayon təşkilatının X konfransı keçirilib. 

Siyavuş Novruzovun sözlərinə görə, konfrans iştirakçıları iclas zamanı Tağı Əhmədovu YAP Yasamal rayon təşkilatının sədr postuna seçiblər. 

Qeyd edək ki, Tağı Əhmədov buna kimi YAP Yasamal rayonu təşkilatının sədr müavini, İdarə heyəti və Şuranın üzvü olub.

YAP Yasamal rayon təşkilatının yeni sədri 1998-2014-cü illərdə Bakı Metropoliteninin rəisi vəzifələrində çalışıb. /anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar