KOMİTƏ SƏDRİ QARADAĞDA OLUB.
18.08.2014 2206 0.0 0

 

Dövlət Komitəsinin sədri Qaradağ rayonunda dini icmaların nümayəndələri ilə görüşüb

 

Bu gün Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Qaradağ rayonunda dini icmaların nümayəndələri ilə görüş keçirib.
 
DQİDK-nın Bakı şəhəri üzrə şöbə müdiri Anar Kazımov Qaradağ rayonundakı dini durum, dini icmalar, eləcə də məscid və ziyarətgahlarla bağlı geniş məlumat verib.
Qafqaz Müsəlmanları İdarəsinin Qaradağ rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Faiq Əhmədov isə , Qaradağ rayonunda mövcud olan 11 məsciddən 6-sı QMİ-nin nəzarətində olması və “QMİ-nin sədri Allahşükür Paşazadənin göstərişi ilə bu məscidlərin fəaliyyəti ilə maraqlanırıq və hər ay QMİ-yə hesabat təqdim etdikləri haqda məlumat verib.
 
DQİDK-nın sədri Mübariz Qurbanlı bu görüşün keçirilməsində məqsəd Qaradağ rayonu dini icma rəhbərləri açıq söhbət aparmaq, rayondakı dini vəziyyətlə bağlı fikir mübadiləsi aparmaq olduğunu diqqətə çatdırıb. 
M. Qurbanlı, son vaxtlar qeyri-ənənəvi cərəyanlar din adından istifadə etməklə öz ideologiyalarını yaymağa və siyasi məqsədləri üçün istifadə etməyə çalışırlar:
“Biz bunu dünyanın müxtəlif ölkələrində gedən proseslərdə aydın şəkildə görürük. Azərbaycanda bu istiqamətdə problemlər ciddi olmasa da, biz də bundan tam sığortalanmamışıq. Bu gün dünyanın müxtəlif dövlətləri İslam dövlətlərini parçalamaq üçün əllərindən gələni edirlər. Bunun üçün müxtəlif təriqətləri yenidən dirçəldir və ya yenilərini yaradırlar. Anti-terror əməliyyatları adı altında bu ölkələrə basqılar edilər. Bu geopolitik mübarizədir. Bu gün Azərbaycana kənardan soxulan qeyri-ənənəvi cəryanların arxasında ölkəmizi geopolitik toqquşmalar meydanına çevirmək istəyən qüvvələr dayanır. Hesab edirəm ki, düzgün dini təbliğat, insanlara dinin ali prinsiplərini mükəmməl formada çatdırmaq dini icmaların əsas vəzifəsidir”.Deyə bildirib
 

Teqlər:KOMİTƏ SƏDRİ QARADAĞDA OLUB.

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar