BELARUS PREZİDENTİ RUSİYANI HƏDƏLƏDİ
04.12.2014 1438 0.0 0

Rusiya Belarus mallarının ixracına qadağa qoymaqla Gömrük İttifaqının bütün razılıqlarını pozdu.

məlumata görə, bu haqda Belarus prezidenti Aleksandr Lukaşenko açıqlama verib.

Lukaşenko bildirib ki, Rusiya bir sıra Belarus mallarının öz ərazisinə ixracını qadağan etməklə özünü ədəbsiz aparıb.

"Məsələ ondan ibarətdir ki, Rusiya Gömrük İttifaqında bütün razılıqları pozdu. Halbuki biz Gömrük İttifaqında ciddi razılıqlara nail olmuşduq ", - Lukaşenko qeyd edib.

Belarus baş nazirinin müavini Mixail Rusıy isə bildirib ki, Aleksandr Lukaşenko tapşırıq verib ki, 10 gün ərzində Belarusun ərzaq mallarının Rusiyaya ixracı ilə bağlı məsələ öz həllini tapsın.

"10 gün sonra Lukaşenkonun hansı addım atacağını demək çətindir. Ola bilər ki, Belarus Gömrük İttifaqından imtina etsin".//ANS PRESSa


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar