Tərlan Əhmədov baş məşqçi vəzifəsindən istefaya göndərilib
24.05.2017 818 0.0 0

Mayın 3-də rəsmən fəaliyyətini dayandıran və növbəti mövsümdən I Divizionda “Şüvəlan” adı altında çıxış edəcək AZAL klubu baş məşqçi Tərlan Əhmədovla yollarını ayırıb. 

Klubdan "Report"a verilən məlumata görə, rəhbərlik 46 yaşlı mütəxəssislə əməkdaşlıga son qoyulması ilə bağlı qərar qəbul edib. Ona işlədiyi dövr ərzində göstərdiyi xidmətlərə görə, minnətdarlıq bildirilib və o, qəbul olunmuş qərar haqda məlumatlandırılıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar