ERMƏNİSTAN XARİCİ İŞLƏR NAZİRİ NÖVBƏTİ HƏFTƏ BAKIYA GƏLƏ BİLƏR.
05.09.2014 1398 0.0 0

Bakıda Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramında iştirak edən ölkələrin xarici işlər nazirlərinin növbəti 4-cü qeyri-rəsmi görüşü keçiriləcəkdir.

 

9 sentyabr 2014-cü il tarixində Bakıda Avropa İttifaqının  Şərq Tərəfdaşlığı proqramında iştirak edən ölkələrin xarici işlər nazirlərinin növbəti 4-cü qeyri-rəsmi görüşü keçiriləcəkdir.

Görüşün əsas məqsədi Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığın genişləndirilməsi və 2013-cü ilin noyabr ayında keçirilmiş Şərq Tərəfdaşlığı ölkələrinin Vilnüs Sammitindən sonra əldə olunmuş nailiyyətlər və gələcək əməkdaşlıq perspektivlərinə dair müzakirələrin aparılmasıdır.

Görüşdə Şərq Tərəfdaşlığında iştirak edən ölkələrin xarici işlər nazirliklərinin rəhbərlikləri və Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle və Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibinin müavini Helqa Şmid iştirak edəcəklər.

Xatırladaq ki , Şərq Tərəfdaşlığı proqramında 6 post-sovet respublikası təmsil olunur ki,onların sırasında Ermənistan da var.Bu səbəbdən də,Ermənistan xarici işlər nazirinin qeyd edilən görüşdə iştirakı gözləniləndir.


Teqlər:ERMƏNİSTAN XARİCİ İŞLƏR NAZİRİ NÖVB

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar