"MiQ-29" VURULDU
08.08.2014 1572 0.0 0

Ukraynanın şərqində rusiyameylli separatçılar “Buk” zenit-raket sistemindən Ukrayna hava qüvvələrinə məxsus “MiQ-29” döyüş təyyarəsini vurublar. 

ANS PRESS-in məlumatına görə, bu haqda Anti terror qrupunun spikeri Vladislav Seleznyov xəbər verib. 

Yenakiyevo rayonunda vurulan təyyarə yerə düşüb. 

Dinc sakinlər arasında itkilərin qarşını almaq məqsədilə pilot təyyarəni yaşayış məntəqəsindən kənara aparıb. Qırıcı təyyarə Qorlovkanın şimal-qərbində düşüb. 

"Hazırda xilasetmə-axtarış əməliyyatı həyata keçirilir”, - deyə Seleznyov bildirib. 

Onun sözlərinə görə, pilot özünü vaxtında xilas edib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar