DÜNYA BAZARINDA NEFTİN QİYMƏTİ ENDİ.
25.08.2014 778 0.0 0

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.
 

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barelinin qiyməti 0,31 dollar ucuzlaşaraq 93,65 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barelinin qiyməti 0,34 dollar azalaraq 102,29 dollar olub.
 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən verilən məlumata görə, “AzəriLayt” markalı neftin bir barelinin qiyməti London birjasında 0,05 dollar ucuzlaşaraq 102,61 dollar təşkil edib.//AzərTAc

 

Teqlər:DÜNYA BAZARINDA NEFTİN QİYMƏTİ ENDİ

Digər xəbərlər:
Şərhlər
avatar