Suriya Baş Qərargahı: Koalisiya qüvvələri İŞİD-in kimyəvi silah anbarını vurub, yüzlərlə ölən var
13.04.2017 821 0.0 0

"Beynəlxalq koalisiyaya məxsus təyyarələr İŞİD-in Deyr-əz-Zor vilayətində kimyəvi silah anbarına zərbə endirib. Zəhərli maddələrin ətrafa yayılması nəticəsində yüzlərlə terrorçu və dinc sakin həlak olub".

"RİA Novosti"yə istinadən verilən məlumata görə, bu barədə Suriya ordusunun Baş Qərargahından bildirilib.
 
Aviazərbələrin aprelin 12-də yerli vaxtla saat 17:30-17:50-də endirildiyi bildirilir. Yanğın yerli vaxtla axşam 22:30-a kimi davam edib.
 
Baş Qərargahın bəyanatında bildirilir ki, insanların kütləvi ölümü terrorçuların əlində kimyəvi vasitələrin olmasını və bundan kütləvi qətl üçün istifadə edə biləcəklərini sübut edir. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar