SAXTA DİPLOMLU MÜƏLLİMLƏR İFŞA EDİLƏCƏK
07.08.2014 1687 0.0 0

 

 

SAXTA DİPLOMLU MÜƏLLİMLƏR İFŞA EDİLƏCƏK.
 
Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov ölkənin təhsil sistemində hökm sürən acınacaqlı vəziyyət barədə mətbuata faktları açıqlayıb.
 
Virtualaz.org saytı xəbər verir ki, nazir rusiyalı blogger Vyaçeslav Sapunova verdiyi müsahibədə Azərbaycanda hazırda 2 mindən çox adamın saxta diplomla müəllim işlədiyini deyib. Müsahibə Sapunovun bloqunda (http://sapunov.livejournal.com/) yerləşdirilib.
 
Nazirin bildirdiyinə görə, hazırda Azərbaycanda saxta diplomlu bir neçə min nəfər var: O,“Hazırda istintaq gedir və ola bilsin ki, hüquq-mühafizə orqanları dəqiq rəqəm müəyyən edə biləcəklər. Lakin biz artıq dəqiq bilirik ki, belə adamlardan 2 mindən çoxu saxta diplomla orta təhsil sistemində işə düzəliblər, onlar əsasən respublikanın rayonlarında işləyirlər” deyə bildirib.
 
Mikayıl Cabbarov daha sonra bildirib ki, saxta diplomla müəllim işləyənləri adbaad tanıyırlar: “Bütün məlumatları Baş Prokurorluğa təqdim etmişik, saxta diplomları kimlərin satdığı barədə məlumatları da vermişik. Bu adamların arasında təhsil sistemində rəhbər vəzifə tutanlar da var”.

Teqlər:SAXTA DİPLOMLU MÜƏLLİMLƏR İFŞA EDİL

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar