QARABAĞ AVRASİYA İTTİFAQINA QOŞULMAYACAQ (YENİLƏNDİ)
19.12.2014 709 0.0 0

 

"Ermənistan Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulduqdan sonra Dağlıq Qarabağ (Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisi - red.) bu ittifaqa qoşulmayacaq".

BELTA-ya istinadən verilən məlumata görə, bunu Belarus xarici işlər nazirinin birinci müavini Aleksandr Mixneviç bu gün Ermənistanın Aİİ-yə qoşulması haqqında müqavilənin paraflanmasına dair qanun layihəsini təqdim edərkən bildirib.

Nazir müavini izah edib ki, Ermənistan tərəfi bu məqama şərt qoyan nota hazırlayıb: "Bizim Ermənistanın tərkibinə daxil olmayan ərazilərin Gömrük İttifaqının tərkibində ola biləcəyi ilə bağlı narahatlığımız var idi. Ermənistan tərəfi bu tələbi anlayışla qəbul etdi. Dağlıq Qarabağın Ermənistan ərazisi olmaması ilə bağlı nota müqaviləyə əlavə edildi. Ermənistan tərəfinin rəsmi şifahi bəyanatı verildi".

O, qeyd edib ki, Ermənistanı Gömrük İttifaqının de-fakto iştirakçısı və Aİİ-nin gələcək üzvü etmək üçün hər hansı maneə yoxdur.

                                                              XXXXX

Ermənistan Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulduqdan sonra Dağlıq Qarabağ [Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisi] bu ittifaqa qoşulmayacaq.

 

Bunu Belarusun xarici işlər nazirinin birinci müavini Aleksandr Mixneviç bu gün Ermənistanın Aİİ-yə qoşulması haqqında müqavilənin paraflanmasına dair qanun layihəsini təqdim edərkən bildirib. Trend xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.

Xarici işlər nazirinin birinci müavini izah edib ki, Ermənistan tərəfi bu məqama şərt qoyan nota hazırlayıb.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar