Rusiyada qızıl mədəni uçub, 150-yə yaxın işçi yerin altında qalıb
23.05.2016 592 0.0 0

Rusiyanın Krasnoyarsk diyarının Şimali Yenisey rayonunda "Vostoçnıy" qızıl mədənində dağın uçması nəticəsində karxanaya enmək və qalxmaq üçün yol bağlanıb.
TASS-a istinadən xəbər verilir ki, bunu Rusiya Fövqəladə Hallar Nazirliyinin yerli Baş İdarəsinin təmsilçisi Alyona Aleksişina bildirib.
Onun sözlərinə görə, mədənin dibində 150-yə yaxın işçi qalıb: "Onların həyatı üçün heç bir təhlükə mövcud deyil və xəsarət alan yoxdur".
İlkin məlumata əsasən, hadisənin baş verməsinə səbəb kimi yeraltı suların karxananın divarını yuması göstərilir.
Hadisə yerində əməliyyat-qərargahı fəaliyyət göstərir./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar