Rusiyada polis rəisi və ailəsini öldürməkdə şübhəli bilinən azərbaycanlılar tutuldu
02.05.2016 959 0.0 0


Rusiyada keçmiş polis rəisi və onun ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 3 azərbaycanlı saxlanılıb. Məlumata görə, bu barədə Szran rayon prokuroru Yevgeni İxra məlumat verib. Prokuror bildirib ki, saxlanan hər üç azərbaycanlıya qarşı hələ ki, rəsmi ittiham irəli sürülməsə də onlar barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib:

"Rayon prokurorluğu tərəfindən saxlanılan şəxslərin iki ay müddətinə həbs edilməsi barədə vəsatət təmin edildi və onlar tutuldular. İttiham aktı həbs edilən şəxslərə hələlik təqdim edilməyib", - deyə İxra bildirib.

Məhkəmə iclasının qapalı rejimdə keçirildiyi bildirilir və müvafiq üzləşmələr apardıqdan sonra onlara ittiham irəli sürüləcək. 

Saxlanılan şəxslərin adları da bəllidir. Bunlar aşağıdakılardır:

1. Babayev İslam Arzu oğlu 

2. Zöhrabov Orxan Şirəli oğlu 

3. Fətəliyev Roman Rauf oğlu

Onların saxlanması üçün xüsusi əməliyyat keçirilib. Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, şübhəlilərdən ikisi qaldıqları evdə, biri isə avtobus dayanacağında tutulub. 

Rusiyada keçmiş polis rəisi və onun ailə üzvləri aprel ayının 24-də qətlə yetirilib. İvaşovka kəndində mənzillərdən birində səhər saatlarında üçü kişi olmaqla altı nəfərin cəsədi aşkar edilib. Aparılan araşdırmalar nəticəsində öldürülənlərdən birinin keçmiş polis rəisi Andrey Qoşt, digərlərinin isə onun ailə üzvləri olduğu məlum olub.

Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, sabiq polis rəisi və onun ailə üzvləri Samara vilayətində mənzilə edilən hücum nəticəsində öldürülüb. Ailə üzvləri dəmirlə döyülüb. 

Hadisə  baş verən ərazidə həmçinin qapalı kəllə-beyin travması və sümükləri sınmış 7 yaşlı qız da tapılıb. O, dərhal xəstəxanaya çatdırılıb. /anspress/

 


Andrey Qoşt - ailəsi ilə birlikdə öldürülən polis rəisi

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar