Güləşçilərimiz birinciliyini qoruyur.
06.08.2014 1308 0.0 0

Güləşçilərimiz birinciliyini qoruyur.

Beynəlxalq Güləş Federasiyası - FİLA təqvim planı üzrə iyul ayında keçirilən yarışların nəticələrinə əsasən, avqust ayı üçün sərbəst  güləş növü üzrə güləşçilərin reytinq siyahısını açıqlayıb.

Qazeta.info "Trend"ə istinadən xəbər verir ki , budəfəki siyahı Bakıda keçirilən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsində güləşçilərin qazandığı nəticələr əsasında hazırlanıb.

Sərbəst güləş üzrə reytinq siyahısına 14 pəhləvanımızın adı daxil edilib. Yaşar Əliyev, Məhəmməd Müslümov, Emin Əzizov, Aleksandr Qostiyev və Aslan Dzebişov "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsində qazandıqları nəticəylə adlarını reytinq siyahısına yazdırıb. "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsini qızıl medalla tamamlayan Cəbrayıl Həsənov isə, bir pillə irəliləyərək reytinqdə ikinci sıraya yüksəlib.


Teqlər:Güləşçilərimiz birinciliyini qoruyu

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar