QƏRBİN DÜNYAYA TƏSİR İMKANLARINA SON QOYULUR
07.09.2014 1407 0.0 0
 
 
“İRNA” agentliyinin yaydığı xəbərdə deyilir ki, İran İslam Respublikasının dini lideri ayətullah Əli Xamneyi “ˈKayhan International”da deyib ki, Qərbin dünyada hegemonluğuna son qoyulr və yeni dünya düzəni yaranmaqdadır. 
 
Bunu pozitiv proses kimi dəyərləndirən cənab Xamneyi vurğulayıb ki, bəzi ölkələrin dünyada haqqı çatan yeri tutması üçün tarixi fürsət yaranıb. Ancaq bəzi ölkələr hələ də elə düşünürlər ki, onlar Qərbin yanında olmalıdır. “İran İslam İnqilabı dünya düzəninin dəyişməsində ən önəmli element olub” , yazısında ali dini lider deyib ki, Amerikanın superdövlət kimi çöküşü bir çoxlarının güman etdiyindən daha tez baş verəcək. Çağdaş inkişaf prosesi aydın göstərir ki, Qərb azadlıq, demokratiya və insan haqları  kimi ifadələrdən istifadə edərək son 70 ildə dünyada ağalıq edib. Ancaq bu hegemoniya getdikcə zəifləyir. 
 
Hələ 2008-ci ildə ABŞ-ın Milli Kəşfiyyat Mərkəzi ilk dəfə etiraf etdi ki, ölkənin təsir imkanları eniş mərhələsinə qədəm qoyub. Gələcəklə bağlı araşdırmalar aparan mərkəzlər də etiraf edirlər ki, iqtisadi inkişaf tədricən Qərbdən Şərqə keçəcək. Hətta hərbi müstəvidə də bu meyl aydın görünəcək.  Avropa imperiyaları  dağılıb gedib, Amerika imperiyası isə dağılmaqdadır.  Hazırda demək olar ki, Amerika imperiyası öz inkişafının zirvə nöqtəsindən üzü aşağı iqtiqamət götürüb... //YeniMusavat

Teqlər:QƏRBİN DÜNYAYA TƏSİR İMKANLARINA SO

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar