Rusiya mətbuatı: Ukrayna ordusu hərbi əməliyyatlara başladı - ağır döyüşlər gedir
22.11.2021 374 5.0 0

Hazırda Qorlivka şəhərində ağır döyüşlər gedir, şəhərin ətrafı darmadağın edilir.

“Ölkə.Az” xəbər verir ki, bu barədə Rusiyanın mətbu orqanı olan “Regnum” yazıb.

"Ukrayna silahlı qüvvələri səhərə yaxın 5.30-dan etibarən Qorlivka şəhərinin qərb və şimal-qərb ətraflarını iriçaplı pulemyotlardan, qumbaraatanlardan və minaatanlardan atəşə tutur. Atəşin intensivliyi 6 saata yaxın ardıcıl olaraq səngimir. Demək olar ki, şəhərin bütün ərazilərində mərmilərin partlaması və atışma səsləri eşidilir. Sakinlərin bildirdiyinə görə, bəzi ərazilərdə, xüsusən də Mayorsk yaxınlığında döyüşlər başlayıb ”, - mətbu orqanı yazır.

"Regnum"un yazdığına görə, noyabrın 21-də də Donbasda atışmalar olub. 

Son vaxtlar Kiyev Donbasda nəzarəti ələ keçirmək üçün  əks-hücum əməliyyatlarını aktivləşdirib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar