BURYATİYADA GÜN ƏRZİNDƏ 8 DƏFƏ ZƏLZƏLƏ BAŞ VRİB
04.01.2015 913 0.0 0
Rusiyanın Buryatiya Respublikasında sutka ərzində bir-birinin ardınca 8 zəlzələ qeydə alınıb.

 

İTAR-TASS agentliyinin  verdiyi məlumata görə, təkanlardan ən güclüsü 4,9 bal gücündə olub.

 

Zəlzələlərin episentri Severomuysk yaşayış məntəqəsi yaxınlığında, ocağı isə 10 km dərinlikdə yerləşib.

 

Sayca səkkizinci zəlzələ yanvarın 4-ü, səhərə yaxın baş verib. Dağıntı və tələfat qeydə alınmayıb.//APA


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar