RUSİYA QƏRBƏ CAVAB VERİR
26.11.2014 1327 0.0 0

Rusiya, Səudiyyə Ərəbistanı, Meksika və Venesuela neft hasilatının azaldılması barədə razılığa gəliblər.

Rusiya mətbuatının verdiyi xəbərə görə, ekspertlərin fikrincə, ən böyük neft ixracatçıları olan bu ölkələr neftin qiyməti ilə bağlı mühüm qərarların qəbul olunması üçün ümumi prosesə təsir göstərəcək yeni format - "neft dördlüyü" yaradıblar. Tərəflər rübdə bir dəfə görüşəcəklər.

Venesuelanın nümayəndələri bildiriblər ki, "qara qızıl"ın indiki dəyərindən narazıdırlar. Bir barelə görə 100 dollar daha normal qiymətdir. 

Rusiyanın energetika naziri Aleksandr Novak deyib ki, Rusiya neftin dünya bazarında qiymətinin düşməsindən ehtiyat edərək "qara qızıl" istehsalını azladacaq. Hələlik neftin bir bareli təqribən 80 dollar dəyərindədir və bu vəziyyət təcili reaksiya tələb edir. 

"Rosneft"in rəhbəri İqor Seçin söyləyib ki, Rusiyanın, eləcə də digər OPEK ölkələrinin əksəriyyətinin neft sahəsinin spesifikasını nəzərə almaq lazımdır. Rusiya neft hasilatının həcmini gündəlik 25 min barel azaldıb. Buna səbəb dünya bazarında neftin satışı ilə bağlıdır.

Ümumiyyətlə, neftin qiyməti ilə bağlı proqnozlar ən müxtəlif səviyyədə müzakirə edilir. Bəzi ekspertlər bir barel neftin dəyərinin 50 dollaradək düşəcəyi, bəziləri isə "qara qızıl"ın 80 dollardan aşağı düşməyəcəyi qənaətindədirlər.

İndi bütün ümidlər, OPEK-in noyabrın 27-də Vyanada keçiriləcək iclasa bağlıdır. Neft ixracatçılarının hasilatı azaldıb-azaltmayacaqları sabahkı müzakirədə tam ayydın olacaq.//ANS PRESS

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar