Rusiya İŞİD-ə görə Türkiyəyə səsləndi (VİDEO)
03.07.2015 1405 0.0 0

Rusiya İŞİD terror qruplaşmasına qarşı mübarizədə bölgə ölkələrini birliyə çağırıb. 

Məlumata görə, bu barədə danışan Rusiyanın xarici işlər naziri Sergey Lavrov prezident Vladimir Putinin bütün bölgə dövlətlərinin öz imkanlarını birləşdirilməsini təklif etdiyini deyib: "Bu Suriya üçün də etibarlı olar. İŞİD-lə mübarizəyə ölkəsinin birlik və bərabərliyini istəyən, terror qruplarına qoşulmayan silahlı müxalif güclər də qatıla bilər. 

 

Koalisiyaya bölgənin başqa dövlətlərinin də qatıla biləcəyini deyən Rusiya xarici işlər naziri sözügedən birlikdə Suriyada yaşayan kürdlərin, bölgənin digər dövlətləri İraq, İran, Türkiyə və Səudiyyə Ərəbistanını da görmək istədiklərini deyib. 

Kimsəyə hər hansı bir planı təlqin etmək kimi niyyətlərinin olmadığını söyləyən Lavrov bölgə dövlətlərini aralarındakı ziddiyətləri kənara qoymağa səsləyib: "Biz yalnız bunu görürük. Bölgədəki bəzi dövlətlər arasındakı mövcud ziddiyyətlər, əsas hədəf olan terrorla mübarizədə diqqətləri yayındırır. Bu ziddiyyətlər hazırda həmin ölkələr üçün prioritet olmalı deyil". 

Qeyd edək ki, iyun ayının 29-da Moskvada Rusiya prezidenti Vladimir Putin Suriya xarici işlər naziri Vəlid Muallim ilə görüşündə bölgədəki digər ölkələrin də İŞİD-ə qarşı mübarizədə birləşməsinin lazım olduğunu demişdi. Putin Türkiyə, İordaniya və Səudiyyə Ərəbistanının İŞİD-ə qarşı mübarizəyə qoşulmağa hazır olduğunu da sözlərinə əlavə etmişdi. /anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar