DİN -DƏ YENİ TƏYİNATLAR
04.11.2014 1738 0.0 0
Rafiq Abbasov DİN-in idarə rəisi, Mirqafar Seyidov Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, Quba Rayon Polis Şöbəsinin rəisi Seyfulla Əzimov isə Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi təyin olunub

 

Daxili işlər orqanlarında həyata keçirilən kadr dəyişikliyi ilə bağlı məlumatlar dəqiqləşib.

 

Əldə olunan məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlərlə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov tutduğu vəzifədən azad edilərək Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

 

Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov tutduğu vəzifədən azad olunaraq Bakı Şəhər Baş Polis İdarəsinin rəisi təyin edilib.

 

Quba Rayon Polis Şöbəsinin rəisi Seyfulla Əzimov isə Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi təyin olunub.//APA

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar