Rusiya gəmiləri İŞİD mövqelərinə raket zərbələri endirib- VİDEO
23.06.2017 862 0.0 0

Rusiya hərbi-dəniz donanmasının gəmiləri İŞİD terror təşkilatının Suriyadakı mövqelərinə raket zərbələri endiriblər.

 

“RİA Novosti”yə istinadən verilən məlumata görə, Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, Aralıq dənizinin şərq hissəsindən “Admiral Essen”, “Admiral Qriqoroviç” freqatları və “Krasnodar” sualtı qayığı vasitəsilə İŞİD-in mövqelərinə 6 ədəd “Kalibr” qanadlı raketi buraxılıb. Nəticədə Hama əyalətində İŞİD-in idarəetmə məntəqələri və silah anbarlarının məhv edilib.

 

Türkiyə və İsrail komandanlıqları raket zərbələri barədə qabaqcadan məlumatlandırılıb./apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar