DEPUTAT İPOTEKA KREDİTLƏRİNİN ŞƏRTLƏRİNİN DƏYİŞMƏSİNİ TƏLƏB EDİB
18.11.2014 1295 0.0 0

“İpoteka kreditlərinin maksimum məbləği 50 min manatdır. Bakıda isə 50 min manata mənzil tapmaq qeyri-mümkündür”.

Qazeta.info bildirir ki, bunu millət vəkili İqbal Ağazadə 2015-ci il dövlət büdcəsinin müzakirəsi zamanı deyib. O bildirib ki, ipoteka faizləri də nəzərə alınmalıdır. Onsuzda bu kreditlərinin faizlərindən müvəkkil banklardan başqa heç kim xeyir götürmür:

“Bunun əvəzinə gənclər şəhərciyi tikmək daha optimal addım olar. Gənclər aylıq 160 manat ödəməklə 25 il ərzində həmin mənzilə sahib ola bilərlər. Gələcək dövlət büdcəsində bunun layihə formasında əlavə olunması gənclərin ev problemini həll edə bilər. Çox aşağı ödənişlərlə vətəndaşlar ev sahibi ola bilərlər".

Deputat həmçinin bank sektorundakı vəziyyətlə bağlı da danışıb. İ.Ağazadə qeyd edib ki, Azərbaycanda 80% əhali banklardan kredit götürüblər. Banklar isə fantastik faizlərlə əhaliyə kreditlər verirlər: 

“Mərkəzi Bank banklara dövlət pulunu 3%-lə kredit verir, ancaq nədənsə banklar əhaliyə yüksək faizlə kreditlər verirlər. 24%-lə inflyasiyanın yüksək olduğu Türkiyə də belə kreditlər verilmir. Banklar elə ilk aylardan ana borcu geri alırlar. Görün indi faizlər nə qədər yüksəkdir”.//
ANS PRESS


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar