DAHA BİR "QANUNİ OĞRU" DÖYÜLDÜ
19.12.2014 969 0.0 0

Rusiyanın “Matroskaya Tişina” həbsxanasında qanuni oğrular arasında “razborka”lar davam edir.

 

Azərbaycanda həbsdə olan məşhur "qanuni oğru" "Lotu Quli" ləqəbli Nadir Səlifovun tərəfdarlarının "Zayka" ləqəbli Zaur Əliyevi həbsxanada işgəncə verib ,videogörüntüsünü yaydıqdan sonra kriminal dünya çalxalanır.

 

Lotu Quli tərəfdarlarının kriminal avtoriteti döymələri  cəzasız qalmayıb. Ertəsi gün həbsxanaya nəzarət edən  “vorzakon” (“smotryaşiy”)  Nukri Doçiya (ləqəbi Nukri Qalskiy) tərəfdarları ilə birgə Zaur Əliyevə hücum edənlərdən 7 nəfərini döyüblər.

 

Bu gün səhər isə sosial şəbəkələrdə Zayka ilə bağlılığı olan daha bir qanuni oğrunun fotosu yayılıb. Şəkildən görünür ki, onu da döyərək “sındırıblar”. Fotonu yayanlar  gürcü əsilli oğrunun adını qeyd etməyiblər.//sonxeber.info


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar