RUSİYA ARXİVLƏRİ ERMƏNİLƏRİN KÖÇÜRÜLMƏSİNİ TƏSDİQLƏYİR
06.01.2015 711 0.0 0

 İstanbulda keçirilən “XİX-XX əsrlərdə Türk-erməni münasibətləri” beynəlxalq simpoziumunun ikinci hissəsində çıxış edən professor Tofiq Mustafazadə, Osmanlı torpaqları üzərində öz niyyətlərini həyata keçirmək məqsədiylə çar Rusiyasının ermənilərə verdiyi dəstəyi arxiv sənədləri əsasında nümayiş etdirib.

Verilən  xəbərdə bildirilir ki, Almaniyanın təlqin və nəzarəti altında Osmanlı imperiyasında “erməni islahatı”nın proqramının I dünya müharibəsinin başlamasına görə həyata keçirilə bilmədiyini xatırladan professor T. Mustafazadə, Osmanlı imperiyasının qəbul etdiyi “erməniləri başqa yerlərə köçürmə qərarının hər cəhətdən haqlı qərar olduğunu” vurğulayıb.

 

Simpoziumda çıxış edən Azərbaycan millət vəkili, professor Musa Qasımlı 1915-ci ilin yanvar-may ayları arasındakı diplomatik yazışmalara istinad edərək, əslində Osmanlı imperiyasının Şərq bölgələrindəki əsas problemin ermənilərlə kürd aşirətləri arasında yaşandığını deyib. İmperiyanın erməni mənşəli vətəndaşlara etibar etməsinin imperiya  üçün son dərəcə acı nəticələr doğurduğuna işarə edən Musa Qasımlı “Xarici işlər naziriniz və poçt-telqraf idarəsi rəisiniz erməni mənşəli olarsa, yaşayacağınız aqibətin vahiməli olacağı qaçılmazdır” - deyə vurğulayıb. Osmanlı imperiyasının “soyqırım” yapmadığını bildirən professor Qasımlı çıxışını “Soyqırımını 1918-ci ildən başlayaraq ermənilər sistemli şəkildə türklərə yapıb. Ermənistan SSR “terrora dəstək verən” bir yer olub. Ən böyük soyqırımını isə ermənilər 1992-ci ildə dünyanın gözü qabağında Xocalıda türklərə qarşı yapıb. “Erməni soyqırımı” uydurma bir şeydir, türklər heç kimi “soyqırımın”a məruz qoymayıblar” sözləri ilə bitirib.

 

İstanbul Universitetinin müəllimi, tarix elmləri doktoru Mehmet Perinçək simpoziumdakı çıxışında  Rusiya hərbi arxivlərindən əldə etdiyi materiallar əsasında 27 may 1915-ci ildə qəbul edilmiş “köç” qərarına qədər erməni bandalarının Şərqi Anadoluda və Qafqazda törətdikləri qətl, qəsb, soyğunçuluq, basqın hərəkətləri barədə danışıb. “Altından xətt çəkərək deyirəm ki, bu materiallar o vaxt Osmanlıyla savaş halında olan düşmən ölkənin arxivlərindən əldə edilib. Ermənilərin əməlləri hələ 27 may 1915-ci ildə qəbul edilmiş “köç” qərarına qədər rus hərbi məhkəmələri tərəfindən sərt şəkildə cəzalandırılmışdı. Arxiv materialları İttihad və tərəqqi hökumətinin qəbul etdiyi “köç” qərarının siyasi cəhətdən olduğu kimi, hüquqi cəhətdən tamamilə doğru olduğunu və buna görə də 1915-ci ildəki hadisələrin “soyqırımı” kimi xarakterizə edilə bilməyəcəyini göstərməkdədir”, - deyə M. Perinçək vurğulayıb.

 

Qeyd edək ki, “XİX-XX əsrlərdə Türk-erməni münasibətləri” mövzusunda İstanbul Universitetində keçirilən beynəlxalq simpozium yanvarın 6-7-də davam edəcək.//APA


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar